Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərlə gücləndirilmiş rejimdə maarifləndirmə tədbirləri davam edir

22 yanvar 2021 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Səbail rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Eyni zamanda, mobil qrup üzvləri tərəfindən koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin (onların ailə üzvlərinin) yaşadıqları çoxmənzilli yaşayış evlərinin giriş qapılarında xəbərdarlıq elanlarının yerləşdirilir.
COVİD-19 viruslu xəstənin yaşadığı fərdi yaşayış evlərinin və mənzillərin ətrafı zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə dezinfeksiya olunur.

Keçidlər