Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusunda videokonfrans keçirilmişdir

26 yanvar 2021 | 16:00

18-23 yanvar 2021-ci il tarixlərində Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişlər.
Görüş gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması  və şagirdlərin  maariflənməsinə xidmət etməklə yanaşı həmçinin, elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb etmişdir. Məktəblilər təyin olunmuş müddət ərzində qeyd edilən mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər.
Tədbirdə çıxış edən Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova qeyd etmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Müzəffər Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. Çoxşaxəli fəaliyyəti ilə ölkə başçısı Tarixi Zəfərə imza atdı. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Bu reallıq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi Prezident İlham Əliyev tarixdə öz adını və izini qoydu. “Qarabağ münaqişəsi" deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı".
Müsabiqədə Səbail rayonu ərazisində fəaliyyət göstərən 17 ümumitəhsil məktəbindən 17 mövzu üzrə 51 şagird iştirak etmiş, onlardan 22 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, nəticədə xüsusi tədqiqat bacarığı ilə fərqlənən 10 məktəbli Komissiya tərəfindən seçilərək 4 fevral 2021-ci il tarixində Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda Səbail rayonunu təmsil edəcəkdir.

Keçidlər