Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir

30 yanvar 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində çoxmənzilli yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, binanın ümumi istifadədə olan yerləri, eyni zamanda yol kənarları, park və meydanlar, küçələrdə quraşdırılmış dayanacaqlar, ticarət obyektlərinin ətrafı zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə növbəti dəfə dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun həyata keçirilir.

Keçidlər