Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda gücləndirilmiş monitorinqlər davam edir

09 fevral 2021 | 16:00

Səbail rayonu ərazisində RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir. Rayonun müxtəlif ərazilərində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.

Keçidlər