Səbaildə karantin qaydaları ilə bağlı reydlər davam edir
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədilə Səbail rayonunda RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər davam edir.
Tədbirlərin keçirilməsində əsas məqsəd, əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi, insanların sıx toplaşdığı ərazilərdə koronavirus infeksiyasının fəsadları, sanitar-epidemioloyi qaydalarla bağlı məlumatları verməkdən ibarətdir.
Baxış zamanı mobil qrup üzvləri tərəfindən sahibkarlıq subyektlərinə Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, xidmət sahələrində vətəndaşlar arasında sıxlıq yaranmaması və ünsiyyət zamanı iki metrlik ara məsafənin saxlanılması ilə bağlı qaydalara mütləq şəkildə riayət olunması tapşırılır.