Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusunda rayon mərhələsində qalib gələn şagirdlərlə görüş keçirilib

18 fevral 2021 | 16:00

17.02.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfransın rayon mərhələsində qalib gələn şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak etmişlər.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Tarixi qələbəmizlə bitən Vətən müharibəsi ümumilli lider Heydər Əliyevin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda belə bir gənc nəslin yetişdiyini sübut etdi. Hər kəs bir daha bunun şahidi oldu ki, mübariz Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır. 44 gün ərzində rəşadətli Azərbaycan ordusu parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi və ərazi bütövlüyümüz təmin olundu”. Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilməsi barədə danışan RİH başçısı  vurğulamışdır ki: “Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər”.
Azərbaycanda yüksək intellektual səviyyəyə və vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşdığını vurğulayan RİH başçısının müavini Eldar Ağayev tədbirdə çıxış edərək qeyd etmişdir ki: “Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar”
Tədbirdə iştirak edən şagirdlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində və şagirdlərin maarifləndirilməsinə xidmət göstərən müsabiqələrin keçirilməsində, onların tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığının formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən görüşlərin təşkilinə görə öz minnətdarlığını bildirmişlər.
Müsabiqədə Bakı şəhəri üzrə keçirilən “Vətən müharibəsi – Qarabağ Zəfəri” adlı referat yazı müsabiqəsinin rayon mərhələsində xüsusi tədqiqat bacarığı ilə fərqlənən məktəblilər diplom, şagirdlərinin ən yaxşı nəticələrinə görə müəllimlər təşəkkürnamə ilə mükafatlandırılmışdır.
Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər