Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon sakini Nəsirov Əli Surxay oğlunun 100 yaşı qeyd edilmişdir

19 mart 2021 | 16:00

Martın 19-da Səbail RİHBA-nın məsul əməkdaşları, Səbail Bələdiyyəsinin üzvləri və Respublika Veteranlar Təşkilatının nümayəndələri Səbail rayon sakini Nəsirov Əli Surxay oğlunu 100 yaşı tamam olması münasibəti ilə təbrik etmişlər.
Görüş zamanı Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev ad günü münasibəti ilə Nəsirov Əli Surxay oğluna uzun ömür və can sağlığı arzulayaraq qeyd etmişdir ki: “Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir. Son illər dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunmasına yönəlib. Eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına, bayram əhvali-ruhiyyəsinin xeyli artmasına səbəb olub. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının apardığı siyasət Azərbaycan vətəndaşının, o cümlədən yaşlı, ahıl insanların layiqli yaşayış səviyyəsinin təminatına xidmət edir”.
Daha sonra rayon sakini Nəsirov Əli Surxay oğluna Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim olunmuşdur.
Qeyd etmək istəyirik ki, Nəsirov Əli Surxay oğlu 1941-ci ildə İkinci Dünya müharibəsi başlayarkən Gürcüstanın Kutaisidə şəhərində hərbi təlim keçmiş, 1942-ci ildən müharibədə quru qoşunlarının artilleriyasında tankçı kimi Belarusiya, Polşa və Almaniyanın Berlin şəhərində gedən döyüşlərdə iştirak etmişdir.
Nəsirov Əli Surxay oğlu yaşlı və ahıl insanlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Keçidlər