Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Murad Qurbanovun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir

23 mart 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Qurbanov Murad Asif oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Murad Qurbanovun bu gün doğum günüdür.
Martın 23-də Səbail RİH başçısı, RİHB-nın məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Qurbanov Murad Asif oğlunun məzarı ziyarət edilərək xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər