Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram günlərində Səbaildə xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər gücləndirilmiş qaydada davam edir

24 mart 2021 | 16:00

 

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail rayonu ərazisində RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir.
Rayonun müxtəlif ərazilərində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.

 

 

Keçidlər