Səbail rayonunda növbəti qanvermə aksiyası keçirildi
Aprelin 16-da Səbail Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü ilə növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. RİHBA-nın və onun struktur bölmələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.
Qanvermə aksiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilməklə Mərkəzi Qan Bankında keçirilmişdir. Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyası tərəfindən cəlb olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirilmiş və qanvermə aksiyası baş tutmuşdur.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci il fevral ayının 8-dən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur. Hər birinizi aksiyada aktiv iştirak etməyə dəvət edirik!