Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Televiziyasının əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı

04 iyun 2021 | 16:00

Torpaqlarımızın düşmən tərəfindən 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirmək məqsədi ilə işğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndinə Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyinin bir qrup əməkdaşını növbəti çəkiliş üçün aparan avtobus hərəkətdə olarkən yolda tank əleyhinə minaya düşmüşdür.
Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov, Azərtac-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi adından həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Keçidlər