Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu Adil İsgəndərov küçəsi 1 ünvanında yerləşən həyətə baxış keçirilib

07 dekabr 2023 | 12:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Adil İsgəndərov küçəsi 1 ünvanında 800 nəfər sakinin yaşadığı 5 çoxmərtəbəli yaşayış binasını əhatə edən həyətə baxış keçirmişdir.

Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən ünvanda yenidənqurma və abadlıq işlərinin aparılması, mövcud uşaq meydançasının təmir olunması, o cümlədən yeni ot örtüyü və qurğuların quraşdırılması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər