Səbaildə “Abad həyət, Sağlam həyat” adlı idman tədbiri keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi, Səbail rayon Gənclər və İdman İdarəsinin və “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə 24 sentyabr 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında “Abad həyət, Sağlam həyat” adlı idman tədbiri keçirilmişdir.
Tədbirin məqsədi Azərbaycan adət-ənənələrinin və milli-mənəvi dəyərlərin unudulmaması, gənc nəslə öz adət və ənənələrinə, milli dəyərlərinə sahib çıxmağı, qoruyub saxlamağı və gələcək nəsillərə ötürə bilməyi təbliğ etməkdir.
Tədbir zamanı uşaq və yeniyetmələr arasında Azərbaycan Xalq Oyunlarının təbliğini nəzərdə tutan əyləncəli idman yarışları keçirilmişdir. Yarışların sonunda iştirakçılara həvəsləndirici sertifikatlar təqdim olunmuşdur.