Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Adilə Yaqubova yubileyi münasibətilə təbrik edilib

06 iyul 2026 | 14:01

Səbail rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Adilə Yaqubova yubileyi münasibətilə təbrik olunub. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Respublika Veteranlar Təşkilatının nümayəndələri, rayon ictimaiyyəti, müharibə və əmək veteranları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan natiqlər Adilə Yaqubovanın uzunillik səmərəli fəaliyyətini, onun rayonda veteranların sosial müdafiəsinin gücləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.
Daha sonra yubilyara rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman” təqdim olunmuşdur.
Adilə Yaqubova göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər