Səbail rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Mayın 25-də Salyan şossesi ünvanında (Bakı Baş Gömrük İdarəsinin qarşısı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 500-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.






