Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Səbaildə növbəti ağacəkmə aksiyası

24 oktyabr 2024 | 16:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

Oktyabrın 24-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Salyan şossesi ünvanında (Bakı Baş Gömrük İdarəsinin qarşısı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 1500-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.

Keçidlər