"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Səbail rayonunda ağacəkmə aksiyası davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Oktyabrın 25-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Əhəd Yaqubov - Salyan şosesi (Su İdman Sarayı ilə üzbəüz) ünvanında növbəti ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, bələdiyyə sədrləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 1400-dən çox zeytun və küknar ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.