Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası

26 oktyabr 2024 | 15:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

Oktyabrın 26-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Salyan şossesi ünvanında (Bakı Ali Neft Məktəbinin yaxınlığı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri, bələdiyyə sədrləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov son illərdə ölkəmizdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsinin, ekoloji məsələlərə diqqət göstərilməsinin, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlərin çox yüksək qiymətləndirildiyini vurğulayaraq COP29 tədbirinin Azərbaycanda keçirilmə qərarının dünya ictimaiyyətinin ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməli olduğunu bildirmişdir.

Keçirilən aksiyada ağaclar əkilən ərazilər daşlardan, kollardan, tullantılardan təmizlənmiş, əkin üçün hazır vəziyyətə gətirilmişdir. Daha sonra Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 3500-dən artıq müxtəlif növ ağaclar və kollar əkilmiş, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, əvvəl əkilmiş ağac, gül və yaşıllıqlara xüsusi qulluq göstərilmişdir.

Ağacəkmə aksiyası çərçivəsində ümumilikdə rayon ərazisində 15000-dən çox müxtəlif növ ağac və kollar əkilmişdir.

Keçidlər