Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda ağacəkmə aksiyası

27 oktyabr 2024 | 13:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

Oktyabrın 27-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Salyan şosesi (Bakı Ali Neft Məktəbinin yaxınlığı) ünvanında növbəti ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, bələdiyyə sədrləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 900-dən çox zeytun ağacları və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.

Keçidlər