Beynəlxalq Muğam Mərkəzində Ağsaqqal və veteranların təmsil olunduğu QHT-lərin əməkdaşlıq forumu keçirilib
Beynəlxalq Muğam Mərkəzində ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Milli Məclisin deputatları, ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Beynəlxalq Muğam Mərkəzində "Ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu" keçirilmişdir. Toplantıda, o cümlədən Səbail rayonundan Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Səbail rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Adilə Yaqubova, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev və sədr müavini Bəhram Ağakişiyev iştirak etmişlər.