Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən Ailə Festivalında Səbaildən olan ailələr iştirak etmişlər

15 may 2024 | 18:50

Mayın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü ərəfəsində “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında ənənəvi Ailə Festivalı keçirilib.  Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail RİHBA-nın YYÇİ və HM üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Əziz Hüseynov, rəsmi qonaqlar, ziyalılar, media nümayəndələri, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri və paytaxt rayonlarından, o cümlədən Səbaildən olan ailələr iştirak etmişlər.

Rəsmi açılışdan sonra Dövlət Komitəsinin keçirdiyi “Həyatdan şəklə” onlayn foto-müsabiqənin qalibləri mükafatlandırılmışdır.

Rəngarəng çıxışlar və ifalarla davam edən festivalda uşaqlar xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s. müxtəlif ustad dərslərində iştirak etmişlər.

Festival konsert proqramı ilə davam etmişdir.

Keçidlər