Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunun nümunəvi ailələri I Ailə Forumunda iştirak ediblər

26 oktyabr 2026 | 11:28

21 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.
Tədbirdə Səbail rayonunu təmsil edən 5 nümunəvi ailə də yer alıb. Ailələr rəqəmsal dövrdə ailə institutunun qarşılaşdığı yeni çağırışlara həsr olunmuş panel sessiyalarında fəal iştirak ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiyanın ailə həyatına təsiri, ailə daxili münasibətlərin qorunması və müasir dövrdə milli-mənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Keçidlər