“Ailəmiz – ən güclü dəyərimiz” adlı festival keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəmiz – ən güclü dəyərimiz” adlı festival keçirilmişdir. Festivalda Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu Əziz Hüseynovla birlikdə Səbail rayonunda yaşayan ailələr iştirak etmişdir. Festivalda “Himayədar ailə” institutu barədə maarifləndirici məlumat verilmiş, institutun uşaqların ailə mühitində böyüməsi və hüquq və mənafelərinin qorunması baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır. Həmçinin ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi və ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.






