Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

28 aprel 2025 | 17:50

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Xüsusi Müalicə Sağlamlıq Kompleksində tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, Xüsusi Müalicə Sağlamlıq Kompleksinin baş direktoru həkim kardioloq İxtiyar Sultanov, Respublika Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədr, professor Kamran Musayev, səhiyyə müəssisələrinin rəhbərləri və həkimlər iştirak etmişdilər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün yalnız Azərbaycanın tibb elminə deyil, ümumən elmi inkişafımıza böyük töhfə vermiş görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü böyük ehtiramla qeyd olunur. Zərifə xanım Əliyeva öz həyat yolu, zəngin elmi irsi və insani dəyərlərə bağlılığı ilə əsl məktəb yaratmışdı. Onun fəaliyyətində ailə dəyərləri, insanlara sevgi və xidmət prinsipləri daim ön planda dayanmışdı. Zərifə xanım Əliyeva öz həyatında böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin ailə və milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyəti ən gözəl şəkildə təcəssüm etdirmişdi. Qeyd olunub ki, bu gün Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva da Azərbaycan ailə modelini və milli-mənəvi dəyərləri ən yüksək səviyyədə yaşadır və təbliğ edirlər. Çıxış edənlər Zərifə xanım Əliyevanın elmi irsinin, insanlara bəxş etdiyi şəfanın və yüksək insani keyfiyyətlərinin gələcək nəsillər üçün əbədi nümunə olduğunu diqqətə çatdırıblar.

Keçidlər