Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

28 aprel 2026 | 15:05

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, professor və şair Paşa Qəlbinur, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunmuş, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Rəsmi hissədə alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Çıxış edənlər akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi mühüm töhfələrdən, zəngin həyat yolundan və yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək onun Azərbaycan qadını üçün örnək şəxsiyyət olduğunu vurğulamışlar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilmiş, bədii hissədə musiqi proqramı nümayiş olunmuşdur.

Keçidlər