Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026 | 17:25

Səbail Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd etmiş, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirmişdir. O, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının tarixi əhəmiyyətini vurğulamışdır.
Daha sonra Vətən müharibəsi qazisi Ramin Şirinov və İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov çıxış etmişlər. Çıxışlarda Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, şəhidlərin və qazilərin Vətən qarşısındakı xidmətlərindən bəhs olunmuş, onların fədakarlığının gələcək nəsillərə nümunə olduğu qeyd edilmişdir.
Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə çıxışında Qarabağın qədim tarixindən və zəngin memarlıq-mədəni irsindən bəhs etmişdir. O, Qarabağda müxtəlif tarixi dövrləri əks etdirən memarlıq nümunələrinin, tarixi abidələrin və qədim yaşayış məskənlərinin xalqımızın zəngin milli-mədəni irsinin mühüm hissəsini təşkil etdiyini diqqətə çatdırmışdır.
Çıxışlarda işğaldan azad edilmiş torpaqlarda keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edilmişdir. Bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi və mədəni abidələrin bərpası istiqamətində mühüm işlər görülür.

Keçidlər