Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirildi

27 sentyabr 2022 | 19:04

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə Nizami Kino Mərkəzində 27 Sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib. Anım tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Anım tədbiri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edərək, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu bildirmişdir.  

Tədbir zamanı çıxış edən millət vəkili Nigar Arpadarai 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını, 30 ildən çox işğal altında olan şəhər və kəndlərimizin azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova Vətən uğrunda döyüşlərdə canından keçmiş şəhidlərin ailələrinə göstərilən dövlət qayğısından danışmış, Səbail rayonunda şəhidlərə, onların ailələrinə verilən yüksək dəyərə görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya şəhid ailələri adından minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Biz" tarixi-sənədli filmi nümayiş olunmuşdur.

Keçidlər