Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət olundu

27 sentyabr 2025 | 18:55

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın şöbə müdirləri, məsul əməkdaşları və Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov tərəfindən Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsini simvolizə edən abidə ziyarət olunmuşdur.
Daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru İlkin Əhədzadənin, Məmmədağa Səfərovun, eyni zamanda Azərbaycan Respublikasının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunmuş, məzarları üzərinə gül dəstələri düzülmüş və xatirələri ehtiramla yad edilmişdir.

Keçidlər