Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Badamdar qəsəbəsində “Şəhidlər abidəsi” ziyarət olundu

27 sentyabr 2025 | 15:54

27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, QMİ-nin Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, YAP Səbail rayon təşkilatının əməkdaşları, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə və onların ailələrinə, həmçinin, müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdıraraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.
Mərasimdə iştirak edən şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları onlara daim qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər