Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olundu

27 sentyabr 2025 | 14:40

27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, QMİ-nin Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, YAP Səbail rayon təşkilatının əməkdaşları, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmış, daha sonra Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirərək ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu və həmin qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Şəhidlərin ailə üzvləri ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhidlərə, onların ailələrinə verilən yüksək dəyərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, Anım günündə şəhidlərin məzarlarının ziyarət olunmasının övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi olduğunu ifadə etmişlər.

Keçidlər