27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Zəfər parkı ziyarət olundu
27 sentyabr 2025 | 19:43
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, bələdiyyə sədrləri, RİH başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.






