Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü ilə əlaqədar “Şəhidlər” abidə kompleksi ziyarət edildi

28 sentyabr 2023 | 11:49

27 sentyabr - Anım günü ilə əlaqədar Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş “Şəhidlər” abidə kompleksi ziyarət edilmişdir. Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Səbail RİHBA-nın əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Keçidlər