Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə antikorrupsiya davranış modelinin formalaşdırılması mövzusunda tədbir keçirilib

03 dekabr 2024 | 15:56

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarının işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, Səbail və Badamdar bələdiyyələrinin məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı antikorrupsiya davranış modellərinin spesifik cəhətləri, korrupsiya risklərin müəyyən edilməsinin əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin, o cümlədən maraqlar toqquşmasının idarə edilməsi fromaları və etik davranış qaydaları mövzuları ətrafında geniş müzakirələr aparılmışdır.

Keçidlər