Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət olunur
Müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail rayonu ərazisində bu kateqoriyadan olan şəxslərlə mütəmadi görüşlər keçirilir, onları narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Görülən işlərin davamı olaraq Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən ziyarət olunur.
Yanvarın 24-də Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Gülnarə Rəhimova, Əziz Hüseynov və Sevər Balakişiyeva tərəfindən Vətən müharibəsi şəhidi Cavidan Ağayevin ailə üzvləri ziyarət olunmuşdur. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan danışılmış, topraqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Cavidan Ağayev valideynlərinə minnətdarlıq ifadə olunmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.