Səbaildə “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” adlı layihə başlanılıb
Səbaildə “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” adlı layihənin görüş mərhələsi baş tutmuşdur. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, layihənin koordinatoru Tofiq Sadıqov, RİHBA-nın məsul əməkdaşları və təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş gənc atalar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Kəmalə Həşimova atalar məktəblərində keçiriləcək seminarlarda ailə planlamasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması üçün görülən tədbirlər barədə ətraflı bəhs etmişdir.
Layihənin koordinatoru Tofiq Sadıqov bildirmişdir ki, ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir
Qeyd edək ki, layihə gənc ataların və ata olmağa hazırlaşan şəxslərin gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması üzrə bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə keçiriləcəkdir.