Rayon İcra Hakimiyyətinin başçısı Aydın Məmmədov küçəsində sakinlər tərəfindən qaldırılan məsələyə yerində baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə Bayıl yaşayış massivi, Aydın Məmmədov küçəsi 74 ünvanında yaşayan sakinlərin müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirmişdir.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.