Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib

24 oktyabr 2023 | 11:57

Azərbaycan Qadınlarının VI Qurultayı iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, həmçinin Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 illiyi münasibətilə təşkil edilmişdir. Məclisdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak etmişdir, Səbail rayonunu Səbail RİH başçısının müavini Kəmalə Həşimova, T. İsmayılov adına 6 saylı məkteb-liseyin direktoru Gülşən Orucova təmsil etmişdir.

Tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu səsləndirmişdir.

Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilmişdir.

Qurultay zamanı Ulu öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli liderin diqqət və qayğısı sayəsində savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişmişdir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolunu yüksək qiymətləndirir, qadınların rolunun artırılması istiqamətində müvafiq dövlət proqramları qəbul olunur.

Azərbaycan Qadınlarının VI Qurultayı işini “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri, Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzularında panel müzakirələrlə davam etdirilmişdir.

Qurultayın yekununda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunmuşdur.

Keçidlər