Səbail rayonunda “Ulu öndər Heydər Əliyev irsi və Azərbaycan şəhərsalma məktəbi” mövzusunda tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə Bakı Fotoqrafiya Evində “Ulu öndər Heydər Əliyev irsi və Azərbaycan şəhərsalma məktəbi” mövzusunda tədbir keçirilmişdir.
Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova, RİHBA-nın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə Əzimzadə, RİHBA-nın İctima-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Nigar Bəylərova, İçərişəhər Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsinin müdiri Elsevər Məmmədov, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Bəyaz Sadıxova və rayonun fəal gəncləri iştirak etmişdilər.
Tədbir “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq təşkil olunmuş, ölkəmizdə şəhərsalma və memarlıq sahəsində formalaşmış zəngin irsin, xüsusilə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş genişmiqyaslı quruculuq işlərinin ictimaiyyətə çatdırılması məqsədi daşımışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, müasir Azərbaycanın memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamıdır və bu irsin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmış, şəhərsalma sahəsində gələcək perspektivlər və innovativ yanaşmalar barədə müzakirələr keçirilmişdir.






