Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə  “28 May – Azərbaycan Xalq Cümhuriyyətinin İrsindən Suveren Dövlətimizə” adlı tədbir keçirilmişdir

27 may 2025 | 14:40

Səbail Rayon İcra Hakimiyyətində “Konstiyusiya və Suverenlik İli çərçivəsində”  Müstəqillik Gününə hərs olunmuş  “28 May – Azərbaycan Xalq Cümhuriyyətinin İrsindən Suveren Dövlətimizə” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn 28 May- Müstəqillik Günü” münasibətilə təbrik edərək qeyd etmişdir ki: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
RİHBA-nın şöbə müdirləri Qabil Vahidov və Leyli Mirzəyeva çıxış edərək bildirmişlər ki, 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etmişdir.

Keçidlər