Azərbaycanın uğurlu inkişaf yolu ilə bağlı müzakirələr keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanın uğurlu inkişaf yolu ilə bağlı müzakirələr keçirilmişdir. Tədbir Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə baş tutub.
Müzakirələri giriş sözü ilə açan UNEC-in prorektoru, dosent Səadət Qəndilova Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən, keçdiyi inkişaf yolundan söz açıb və tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova isə qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi inkişaf dövrünə daxil oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində bu gün Azərbaycanda dayanıqlı iqtisadiyyat, uğurlu dövlət modeli formalaşıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevil Mikayılova Azərbaycanın qısa müddətdə sürətli iqtisadi inkişafından, Vətən müharibəsində Azərbaycanın qələbəsində güclü iqtisadiyyatın rolundan danışıb. S.Mikayılova qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun ən güclü və suveren dövlətinə çevrilib.
Müzakirələrdə çıxış edən Vətən Müharibəsi iştirakçısı Ramin Şirinov da öz növbəsində bildirib ki, Azərbaycanda güclü iqtisadiyyat sayəsində 30 illik işğala son qoyan müasir ordunun yaradılması mümkün olub.
Daha sonra müzakirələr sual-cavab hissəsi ilə davam edib. Qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.