Səbail Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın əməkdaşları iştirak etmişlər. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbir zamanı 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, dinc əhaliyə qarşı həyata keçirilmiş amansız soyqırımı siyasəti barədə ətraflı məlumat verilmiş, bu hadisələrin xalqımızın yaddaşında silinməz iz buraxdığı qeyd olunmuşdur. Azərbaycan tarixinin bu faciəli səhifələrinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və bu gün ölkəmizdə hər il geniş şəkildə anılır. Tədbirin sonunda 1918-ci ilin mart soyqırımına həsr olunmuş sənədl film nümayiş etdirilmişdir.






