Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Nizami Kino Mərkəzinin direktor müavini Azru Əhədova ilə yubileyi münasibətilə görüş keçirilmişdir

04 iyun 2026 | 17:21

Səbail Rayon İcra Hakimiyyəti ilə Nizami Kino Mərkəzi arasında uzun illər ərzində səmərəli əməkdaşlıq çərçivəsində bir sıra mədəni-kütləvi, maarifləndirici və ictimai əhəmiyyətli tədbirlər uğurla həyata keçirilmişdir. Birgə əməkdaşlığa verdiyi töhfələrə görə, Nizami Kino Mərkəzinin direktor müavini Azru Əhədovanın yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətində görüş təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları iştirak etmişlər.
Çıxışlarda Azru Əhədovanın Səbail Rayon İcra Hakimiyyəti ilə Nizami Kino Mərkəzi arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, həyata keçirilən birgə layihələr və tədbirlər rayonun ictimai-mədəni həyatının zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslin maarifləndirilməsinə mühüm töhfə vermişdir.
Sonda Nizami Kino Mərkəzinin direktor müavini Azru Əhədovaya Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim edilmiş, gələcək fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulanmışdır.

Keçidlər