Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlı 75 illik yubileyi münasibətilə təbrik olundu

11 mart 2026 | 13:38

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlını 75 illik yubileyi münasibətilə təbrik etmişdir. Görüşdə RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın sektor müdiri Qabil Vahidov, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev və şöbə müdiri Elşad Quliyev ştirak etmişlər.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərli ilə ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından və ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli rolundan bəhs edərək milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyinin danılmaz olduğunu qeyd etmişdir.
Daha sonra Rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlı fəaliyyətlərindən və gələcəkdə görüləcək işlər barədə məlumat vermiş, Səbail rayonunda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini bildirmişdir.
Sonda rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlıya rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.

Keçidlər