Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsi Heydər Əliyev parkında sakinlərlə görüş

19 sentyabr 2023 | 11:24

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və sakinlər iştirak etmişlər.

Görüş zamanı dövlətimizin vətəndaşlarla bağlı apardığı uğurlu siyasətin və görülən işlərin təməlində vətəndaş məmnunluğunun dayandığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.

Sakinlər rayon ərazisində, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər