Badamdar qəsəbəsində aparılan abadlıq və təmir-bərpa işlərinə baxış keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq Səbail rayonunda aparılan abadlıq işləri sürətlə davam edir. Görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə Badamdar qəsəbəsində aparılan abadlıq və təmir-bərpa işlərinə baxış keçirmişdir. Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov aparılan işlər çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş və aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.