Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə görüş keçirilib

14 may 2022 | 11:51

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. İlk öncə RİH başçısı, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri ilə birlikdə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsini ehtiramla yad etmişlər.
Görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Ölkə başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz son illər ərzində istər regionda istərsə də bütün dünyada böyük uğurlar qazanıb.  Aparılan uğurlu işlər çərçivəsində respublikanın hər yerində olduğu kimi, Səbail rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almaqdadır. Həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir ki, Səbail rayonunda vətəndaş məmnunluğunun artırılması yönündə uğurlar artıq müşahidə olunmaqdadır”.
Görüş zamanı mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılmışdır. Sonda görüşdə iştirak edən sakinlər çıxış edərək, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, Səbail rayonunda, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra RİH başçısı sakinlərin problemlərinin öyrənilməsi məqsədilə Badamdar qəsəbəsi ərazisində vətəndaşlarla görüşərək onların qaldırdıqları məsələlərlə əlaqədar ünvanlarda yerindəcə baxışlar keçirmiş və müvafiq tədbirlər görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar vermişdir.

Keçidlər