Badamdar qəsəbəsində yamacda yaranmış aktivləşmə ilə əlaqədar əraziyə baxış keçirilmişdir
06 aprel 2026 | 11:31
Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində (Badamdar qəsəbəsi ilə 20-ci sahə yaşayış massivini birləşdirən yol) yamacın yuxarı hissəsində yaranmış aktivləşmə ilə əlaqədar sözügedən ünvana Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Səbail RİH başçısı Vuqar Zeynalov, aidiyyəti qurumların nümayəndələri və mütəxəssislər tərəfindən baxış keçirilmişdir.






