Badamdar qəsəbəsində yerləşən “Şəhidlər” abidə kompleksi ziyarət edilmişdir
24 iyun 2025 | 14:30
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov və RİHBA-nın məsul əməkdaşları tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş “Şəhidlər” abidə kompleksi ziyarət edilmiş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək abidə kompleksinin önünə gül dəstələri düzülmüşdür.






