RİH başçısı Badamdarda ağsaqqallarla görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və qəsəbə ağsaqqalları, ziyalıları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməsindən, Azərbaycanın bütün bölgələrinin inkişafını daim diqqət mərkəzində saxlamağından bəhs etmiş, daha sonra rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri ilə bağlı yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Ağsaqqallar və ziyalıların dəyərli fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Görüşdə iştirak edən sakinlər çıxış edərəkBadamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.