Bakı Konqres Mərkəzində “CIDC -2023” tədbiri keçirilmişdir
26-27 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “CİDC-2023” (Critical Infrastructure Defence Challenge 2023) tədbiri keçirilmişdir. İnformasiya təhlükəsizliyi mövzusunda keçirilmiş 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də 6 fərqli sahə üzrə təlimin sonunda bir qrup iştirakçıya, həmçinin, Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədovaya və İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Azər Məmmədova sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, “2023-cü il – Heydər Əliyev ili” çərçivəsində keçirilən kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.